
Təhsil yalnız bilik qazanmaq deyil, həm də gələcəyə atılan ən böyük addımdır. Hər il olduğu kimi, bu il də LANDAU School ailəsi öz məzunlarının uğurları ilə qürur duyur. 2024/2025 tədris ili bizim üçün sadəcə bir statistik rəqəm deyil, yüzlərlə gəncin xəyallarının gerçəkləşdiyi, illərlə çəkilən zəhmətin bəhrə verdiyi bir ildir.
Məzunlarımız dünyanın aparıcı universitetlərindən qəbul məktubları, yüksək təqaüd imkanları və müxtəlif ölkələrdə təhsil seçimləri ilə beynəlxalq akademik mühitə inamla addım atdılar.
2024/2025 tədris ilində #landaununuşaqları dünyanın ən nüfuzlu universitetlərindən qəbul alaraq beynəlxalq arenada öz sözlərini deməyi bacardılar. Bu il təxminən 100-ə yaxın istedadlı gəncimiz dünyanın dörd bir yanındakı ali təhsil müəssisələrinə yol tapıblar. Bu uğur sadəcə kəmiyyət deyil, həm də keyfiyyət göstəricisidir. Belə ki, məzunlarımızın müraciət etdiyi universitetlərin böyük əksəriyyəti QS World University Rankings siyahısında ön sıralarda qərarlaşan təhsil müəssisələridir.
Məzunlarımızın seçimləri fərqli ölkə və universitetləri əhatə edir. Bu da şagirdlərin təhsilə daha geniş, qlobal baxışla yanaşdığını göstərir. Ən çox müraciət edilən və qəbul alınan ölkələr siyahısında Böyük Britaniya, ABŞ, Türkiyə, Niderland, Almaniya, Macarıstan və Çexiya liderlik edir. Eyni zamanda, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Belçika da şagirdlərimizin prioritetləri sırasındadır.
QS reytinqlərində TOP 10, TOP 50 və TOP 100-də yer alan universitetlər, akademik baxımdan güclü ixtisaslar və tam və ya qismən təqaüd imkanları bu ilki qəbul nəticələrində xüsusi yer tutur.
Məzunların əksəriyyəti eyni vaxtda bir neçə universitetdən qəbul alıb. Bu isə onların tək bir seçimlə kifayətlənmədiyini, fərqli variantları dəyərləndirərək düşünülmüş qərar verdiyini göstərir.
Bu ilin diqqətçəkən məqamlarından biri LANDAU School məzunlarının əldə etdiyi təqaüd imkanlarının genişliyidir. Məzunlarımız ABŞ universitetlərində 100.000–160.000 ABŞ dollarına qədər təqaüd qazanıb, Böyük Britaniya və Avropanın aparıcı universitetlərində isə təhsil haqqını tam və ya qismən əhatə edən proqramlara qəbul olunublar. Almaniya, Niderland və Belçikada təqdim edilən yüksək faizli endirimlər də bu nəticələrin bir hissəsidir.
Bu göstəricilər bir daha sübut edir ki, təqaüd LANDAU School məzunlarının ardıcıl və planlı hazırlıq prosesinin nəticəsidir.
2024/2025 tədris ilinin qəbul nəticələri göstərir ki, LANDAU School məzunlarının universitet seçimləri geniş coğrafiyanı əhatə edir. Şagirdlər yalnız bir ölkəyə və ya bir təhsil sisteminə fokuslanmır, fərqli ölkələrin təqdim etdiyi imkanları müqayisə edərək özlərinə ən uyğun akademik yolu seçirlər.
Böyük Britaniya bu il də əsas istiqamətlərdən biri olub. Burada həm foundation proqramları, həm də birbaşa bakalavr təhsili üzrə seçimlər edən məzunlar akademik nüfuz və ixtisas müxtəlifliyini əsas üstünlük kimi dəyərləndiriblər.
ABŞ universitetləri xüsusilə mühəndislik, kompüter elmləri, iqtisadiyyat və biznes sahələrinə maraq göstərən şagirdlər tərəfindən seçilib. Fərdi profilə əsaslanan qəbul sistemi və yüksək təqaüd imkanları bu istiqaməti daha cəlbedici edir. Bu nəticələr şagirdlərin planlı hazırlıq və düzgün istiqamətləndirmə ilə müraciət etdiyini göstərir.
Niderland biznes, iqtisadiyyat və mühəndislik sahələrində praktik yönümlü tədris modeli və beynəlxalq mühiti ilə stabil seçim olaraq qalır. Almaniya isə mühəndislik, texniki ixtisaslar və tibb sahəsində keyfiyyətli və əlçatan təhsil imkanları ilə ön plana çıxır.
Belçika, xüsusilə akademik standartları və beynəlxalq tanınırlığı ilə seçilən universitetləri vasitəsilə LANDAU School məzunlarının diqqətini cəlb edib. Türkiyə isə tibb, mühəndislik və sosial elmlər üzrə geniş ixtisas seçimi ilə şagirdlərin alternativləri arasında yer alır.
Bununla yanaşı, məzunlarımızın bir qismi Azərbaycanda ali təhsil almağı seçib. ADA Universitetinə qəbul alan şagirdlər bu seçimi yerli və beynəlxalq akademik mühitin və ixtisas uyğunluğunun vəhdəti kimi qiymətləndiriblər.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, İspaniya və digər Avropa ölkələrində yerləşən universitetlərdən də qəbul alan məzunlarımız var. Bu müxtəliflik LANDAU School-da şagirdlərin tək bir istiqamətə deyil, fərdi potensiallarına uyğun çoxşaxəli akademik marşrutlar üzrə yönləndirildiyini göstərir.
Böyük Britaniya:
ABŞ:
Niderland:
Belçika:
Almaniya:
Türkiyə:
Azərbaycan:
Digər ölkələr:
Mühəndislik və texnologiya:
Biznes və iqtisadiyyat:
Tibb və biotibbi sahələr:
Sosial elmlər:
LANDAU School-da məzunların universitetə hazırlıq prosesi yalnız sənədlərin toplanması ilə məhdudlaşmır. Bu mərhələ şagirdlərin maraqları, bacarıqları və uzunmüddətli hədəfləri nəzərə alınaraq sistemli şəkildə qurulur.
Ali təhsil və karyera məsləhətçisi Daniel Pierce-in rəhbərliyi ilə şagirdlər fərdi konsultasiyalar alır. Bu görüşlərdə gələcək karyera planlaması, uyğun universitet və ixtisas seçimi, eləcə də müxtəlif ölkələr üzrə təhsil yolları müzakirə olunur. Məqsəd şagirdin yalnız qəbul alması deyil, seçiminin onun potensialına və planlarına uyğun olmasıdır.
Universitet müraciət prosesinin vacib hissələrindən biri də mentor və “UCAS guidance” dəstəyidir. UCAS https://www.ucas.com/advisers/help-and-training/guides-resources-and-training (Universities and Colleges Admissions Service) Böyük Britaniyada universitetlərə qəbul üçün istifadə olunan mərkəzləşdirilmiş müraciət sistemidir.
UCAS vasitəsilə:
“UCAS guidance” isə bu sistemdə şagirdə göstərilən peşəkar dəstəyi ifadə edir:
ixtisas seçimi, müraciət strategiyası, şəxsi bəyanatın hazırlanması və dedlaynların düzgün idarə olunması.
Beləliklə, şagirdlər Böyük Britaniya və digər ölkələr üzrə müraciət mərhələlərində düzgün istiqamətləndirilir, seçimlərini məlumatlı şəkildə formalaşdırırlar.
LANDAU School-da portfolionun hazırlanmasına da xüsusi önəm verilir. Şagirdlərin universitet müraciətlərini gücləndirmək üçün onların maraq və məqsədlərinə uyğun dərsdənkənar fəaliyyətlərə, layihələrə və təcrübə imkanlarına yönləndirilməsi bu dəstəyin vacib hissəsidir. Bu yanaşma şagirdlərin yalnız akademik göstəricilərini deyil, şəxsi inkişaflarını da ön plana çıxarır.
Bununla yanaşı, LANDAU School məzun şəbəkəsinin formalaşdırılması və genişləndirilməsi üzərində də işləyir. Bu istiqamətdə LANDAU School-da #AlumniLife rubrikası yaradılıb. Artıq tələbə olan LANDAU məzunları bu content vasitəsilə öz universitet həyatlarını, təcrübələrini və gündəlik tələbəlik reallıqlarını bölüşür, hazırkı şagirdlər üçün motivasiya mənbəyi olurlar.
LANDAU School-da universitetə hazırlıq prosesi orta məktəbin yuxarı siniflərindən sistemli şəkildə başlayır. Xüsusilə “9–11 Hazırlıq Məktəbi” çərçivəsində şagirdlər akademik fənlər üzrə dərinləşdirilmiş hazırlıqla yanaşı, universitetlərin qəbul tələblərinə uyğun bacarıqlar formalaşdırırlar. Bu mərhələdə fənn seçimi, akademik nəticələrin planlanması, beynəlxalq imtahanlara (IELTS, SAT, TOEFL və s.) hazırlıq və gələcək ixtisas istiqamətinin müəyyənləşdirilməsi əsas prioritetlərdəndir.
Bu proses “Leznik & Co.”nun Xaricdə Təhsil departamentinin peşəkar dəstəyi ilə həyata keçirilir. Beynəlxalq təhsil sahəsində uzunillik təcrübəyə malik “Leznik & Co.” komandası şagirdlərin fərdi profillərinə uyğun ölkə, universitet və proqram seçimində aktiv rol oynayır. Qəbul strategiyasının qurulması, sənədlərin hazırlanması, müraciət mərhələlərinin idarə olunması və universitetlərlə kommunikasiya bu dəstəyin əsas istiqamətlərindəndir.
Nəticə olaraq, 2024/2025 tədris ili LANDAU School məzunları üçün yalnız qəbul məktubları ilə deyil, düşünülmüş seçimlər və məqsədyönlü qərarlarla yadda qalıb. Məzunlarımızın müxtəlif ölkələrdə, fərqli təhsil sistemlərində və geniş ixtisas spektrində əldə etdikləri nəticələr göstərir ki, bu proses təsadüfi deyil. Bu, şagirdlərin fərdi potensialına əsaslanan yanaşmanın, ardıcıl hazırlığın və düzgün istiqamətləndirmənin nəticəsidir.
LANDAU School-da təhsil alan şagirdlər üçün universitetə qəbul son mərhələ deyil, daha böyük yolun başlanğıcıdır. Onlar təkcə harada oxuyacaqlarını deyil, niyə məhz o yolu seçdiklərini də anlayaraq qərar verirlər. Bu yanaşma isə məzunlarımızın gələcək akademik və peşəkar həyatlarında da möhkəm təməl rolunu oynayır.
Məzunlarımızla yaxından tanış olmaq üçün Instagram səhifəmizə nəzər yetirin.

Məktəbəqədər hazırlıq uşaqların həyatında mühüm bir mərhələdir. Bu dövr onların gələcək təhs...

Xaricdə təhsil planlaşdıran şagirdlər və valideynlərin ən çox qarşılaşdığı suallardan biri b...