Əziz şagirdlərimiz, hörmətli valideynlər!

Hər birimizin həyatında məktəbin şərəfli və mühüm yerə sahib olması danılmaz həqiqətdir. Məsələ tək təhsildə deyil. Burada həm tərbiyəni, həm maarifləndirməni, həm də insanın şəxsiyyətə  çevirilməsini, onun sabit bir vətəndaş mövqeyinin formalaşdırılmasını qeyd etmək olar.

LANDAU School gələcəyin məktəbidir və “Öz gələcəyini qur” şüarımız əbəs yerə seçilməyib. Məktəbimizdə peşəkar, öz işini yaxşı bilən müəllim heyəti çalışır. Müəllimlərimiz pedaqoji yenilikləri və metodik texnikaları işlərində uğurla tətbiq edirlər. Hər bir şagirdə bilik prizmasından özünü tapmaq və ifadə etmək üçün maksimum fürsət yaratmaq əsas vəzifələrimizdən biridir.

Yeni dərs ilinə yetərincə çətin, həssas bir dönəmdə başladıq. Buna rəğmən,  bütün müəllim heyətimiz özündə qarşısına qoyulmuş təhsil və tərbiyə vəzifələrini yerinə yetirmək üçün yetərincə güc hiss edir. Bu gün biz qalib Azərbaycan Ordusunun qurtuluş irəliləyişinin şahidi olduq. Bu, ölkə prezidenti, ali baş komandan İlham Əliyevin qoyduğu məqsədə çatmağın bariz nümunəsidir və bu, bizi tədris vəzifəmizi yerinə yetirməyə daha da ruhlandırır.

Məqsədlərinizə çatmaq üçün Sizə can sağlığı, firəvanlıq, təhsil sahəsində uğurlar, həmçinin səbr və dözümlülük diləyirəm!

Hörmətlə,
LANDAU School Local Curriculum-un tədris işləri üzrə direktoru Yefim Leznik