
Dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən şagirdlər üçün SAT imtahanı əhəmiyyətli seçimlərdən biridir. ABŞ və digər ölkələrin universitetləri qəbul prosesində SAT nəticələrini nəzərə alır. Bu standartlaşdırılmış test şagirdin biliyini və akademik bacarıqlarını obyektiv şəkildə ölçür.
SAT – qlobal miqyasda tanınan standart testdir və əsas məqsədi məktəbi bitirən məzunların ali təhsil üçün hazırlıq səviyyəsini qiymətləndirməkdir. Universitetlər SAT “score” (bal) nəticəsinə əsaslanaraq fərqli namizədləri eyni şkala üzrə müqayisə edir.
2023-cü ildən etibarən SAT rəqəmsal (digital) formata keçirilib və bu yenilik həm imtahan prosesini sadələşdirib, həm də test müddətini azaldıb. Rəqəmsal SAT-ın əsas üstünlüklərindən biri testin kağız-qələm formatından çıxaraq “laptop”/tablet üzərində verilməsidir. Buna görə də, imtahan daha interaktiv və səmərəli keçirilir.
Rəqəmsal format həm vaxtın daha səmərəli idarə olunmasına imkan verir, həm də istifadəçi təcrübəsini sadələşdirir. Qrafiklər, cədvəllər, mətnlər və cavab interfeysi daha rahat şəkildə təqdim edildiyi üçün imtahan prosesi daha dinamik və çevik olur.
Bu imtahanın proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını “College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.
Son illərdə imtahan tam şəkildə rəqəmsal formata keçirilib və bu, həm testin strukturunu, həm də iştirak təcrübəsini xeyli dəyişib. Rəqəmsal format iki əsas hissədən ibarətdir: “Reading & Writing” (Oxu və Yazı) və “Math”(Riyaziyyat). Ümumi imtahan müddəti 2 saat təşkil edir, bölmələr arasında isə 10 dəqiqəlik qısa fasilə olur.
Rəqəmsal formatın ən diqqətçəkən tərəflərindən biri onun adaptiv modul sistemidir. Bu sistem belə işləyir:
İlk modulda verilən cavablar ikinci modulda təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirir. Bu səbəbdən test boyunca ardıcıl və dəqiq cavab vermək ümumi nəticəyə birbaşa təsir edir.
İmtahan tamamilə elektron cihaz üzərindən keçirilir – şagirdlər “laptop” və ya tabletdən istifadə edirlər. “Math” bölməsində kalkulyator istifadəsi sərbəstdir: şagird həm proqram daxilindəki kalkulyatordan, həm də öz kalkulyatorundan yararlana bilər.
Hər bölmə üçün ballar 200 – 800 aralığında qiymətləndirilir. Yəni “Reading & Writing” üçün 200 – 800, “Math” üçün 200 – 800 bal. Ümumi maksimum mümkün bal isə 1600-dür.
Adaptiv test formatında sualların modullar üzrə dəyişməsi səbəbindən “xam sual balı” (raw score) birbaşa 1600 ballıq miqyasda çevrilmir, çünki sualların çətinliyi də nəzərə alınır. Bu səbəbdən düzgün cavab sayından əlavə testin səviyyəsi də vacibdir.
Ümumiyyətlə, rəqəmsal imtahanın bal sistemi əvvəlki kağız sistemi ilə eynidir.
Yüksək bal (məsələn, 1500+), şagirdin universitetlər üçün rəqabətli namizəd olduğunu göstərir. Bu da İngilis dili və Riyaziyyat bacarıqlarının yüksək olduğunu və akademik olaraq hazır olduğunu sübut edir.
Azərbaycanda SAT imtahanını təşkil edən qurum Dövlət İmtahan Mərkəzidir (DİM). DİM-in rəsmi SAT test mərkəzi kimi fəaliyyət göstərməsi ölkə şagirdləri üçün imtahana çıxışı daha əlçatan edir və nəticələrin beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin edir.
2026-cı il üçün planlaşdırılan test tarixləri aşağıdakı kimidir:
14 mart, 2 may, 6 iyun, 15 avqust, 12 sentyabr, 3 oktyabr, 7 noyabr və 5 dekabr.
İmtahan mərkəzləri Bakı şəhərində yerləşən DİM-ə məxsus ünvanlardadır. Namizədlər test günü şəxsiyyət vəsiqəsi (və ya ümumvətəndaş pasportu), buraxılış vərəqəsi (admission ticket), “laptop” və ya planşet (və şarj cihazı) gətirməlidirlər. Əlavə olaraq kalkulyator, qeyd aparmaq üçün qələm/karandaş və qaralama vərəqi mərkəz tərəfindən təmin olunur.
İki əsas bölməsi var:
Bu fənlər və bölmələr vasitəsilə namizədin həm İngilis dili, həm də Riyaziyyat üzrə ali təhsilə uyğun bilik və bacarıqlara malik olub-olmadığını qiymətləndirir.
“College Board” tərəfindən təyin olunan SAT Math bölməsi dörd əsas məzmun sahəsini əhatə edir: “Algebra” (Cəbr), “Advanced Math” (Qabaqcıl Riyaziyyat), “Problem-Solving & Data Analysis” (Problem həll etmə və data təhlili) və “Geometry & Trigonometry” (Həndəsə və triqonometriya)
Dörd əsas bölmə və onlara daxil olan mövzular:
İmtahanlara hazırlıq zamanı vaxtın idarə olunması üçün Pomodoro kimi metodlardan istifadə etmək daha səmərəlidir. Bu texnika tapşırıqları düzgün şəkildə planlaşdırmağa və konsentrasiyanı qorumağa kömək edir. Daha ətraflı məlumat üçün bloqa keçid edə bilərsiniz.
İmtahana hazırlıq planlı və sistemli şəkildə aparıldıqda nəticə daha effektiv olur. Aşağıda qeyd olunan addım-addım hazırlıq üsulları 1500+ bal əldə etməyə imkan verən səmərəli strategiyalar sayılır:
LANDAU School‑un “9–11 Hazırlıq Məktəbi” şagirdlərə orta təhsillərini davam etdirərkən eyni zamanda SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanlara da hazırlıq imkanı verir. Bu proqram daxilində şagirdlər həm dövlət attestatını, həm də xarici universitetlərə qəbul üçün tələb olunan qiymətləri eyni məkan və tədris planı ilə əldə edə bilirlər.
Bu məktəbin üstünlüklərindən biri odur ki, buraxılış imtahanı və universitetlərə qəbul imtahanlarına hazırlıq vahid proqramda birləşdirilir, yəni ayrı‑ayrı kurslar üçün vaxt və resurs itirmək lazım olmur.
Proqram həm gündəlik dərs rejimi ilə strukturlaşdırılmış tədris təmin edir, həm də LANDAU School‑un Baş Akademik Direktoru Emil Leznik tərəfindən hazırlanmış xüsusi SAT metodikası əsasında çalışır ki, bu da şagirdlərin analitik düşünmə və imtahan bacarıqlarını artırmağa kömək edir.
Beləliklə, uğur qazanmaq üçün hazırlıq prosesinə ciddi yanaşmaq vacibdir. Düzgün hazırlıq planı, modul testləri və vaxtın idarəsi ilə yanaşı, test günü qaydalara əməl etmək və diqqətinizi qorumaq da önəmlidir. Bu yanaşma yalnız yüksək bal qazanmağa deyil, həm də universitetlər qarşısında rəqabətli namizəd olmağa imkan verir.

Məktəbəqədər hazırlıq uşaqların həyatında mühüm bir mərhələdir. Bu dövr onların gələcək təhs...

Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatın bütün sahələrinə olduğu kimi təhsil si...