Təqaüd imkanlarımızla
tanış olun

LANDAU Təqaüd Proqramı 

LANDAU Təqaüd Proqramı çərçivəsində hər il məktəbimiz 100 şagirdə təhsil təqaüdü almaq imkanı təqdim edir. Bu, müvafiq akademik göstəricilər və imtahan nəticələri əsasında müəyyən olunur.

Təyin olunmuş meyarlara uyğun olan şagirdlər təhsil haqqının 20%-dək güzəşt əldə edirlər.

image
LANDAU Təqaüd Proqramı 
POLAD Təqaüd Proqramı 

POLAD Təqaüd Proqramı 

POLAD Təqaüd Proqramı vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhidlərimizin övladlarına həsr olunub.

Bu proqramda Qarabağ müharibəsində ata və ya anasını itirmiş uşaqların LANDAU School-da ödənişsiz təhsili nəzərdə tutulub. Məktəbimiz öz hesabına təhsil xərclərini və şagirdin məktəbli formasını təmin edir.

image

NATAVAN Təqaüd Proqramı

NATAVAN Təqaüd Proqramı ilə analarını erkən yaşlarından itirmiş istedadlı qızların LANDAU School-da ödənişsiz təhsil almaq şansları var. Bu proqram Azərbaycan, rus və ingilis dilləri üzrə 1-8 siniflərdə, həmçinin LANDAU PreSchool-da təhsil alan qız uşaqları üçün nəzərdə tutulub.

image
NATAVAN Təqaüd Proqramı
ÜZEYİR Təqaüd Proqramı 

ÜZEYİR Təqaüd Proqramı 

ÜZEYİR təqaüd proqramı fiziki imkanları məhdud olan və bu səbəbdən məktəb dərslərində iştirak edə bilməyən uşaqlar üçün nəzərdə tutulan ödənişsiz kurslarıdır. Layihəyə istənilən sinif şagirdi (1-11 siniflər üzrə) qoşula bilər. Dərslər bölmədən asılı olaraq, Azərbaycan dili / rus dili, ingilis dili və riyaziyyat fənləri üzrə keçirilir. Məşğələlər həftədə 2 dəfə (hər dərs 1 saat olmaqla) onlayn şəkildə təşkil olunur. ÜZEYİR layihəsi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin şərəfinə adlandırılıb.

image

Ailə üzvlərinə güzəşt 

Yaxın qohumlar üçün nəzərdə tutulmuş güzəşt – bir ailədən iki və ya daha artıq sayda şagird məktəbimizdə təhsil aldığı təqdirdə, ödənişlərə ikinci övlad üçün 10%, üçüncü və sonrakı uşaqlar üçün isə 20% endirim tətbiq edilir.

image
Ailə üzvlərinə güzəşt 
LEG əməkdaşlarına güzəşt

LEG əməkdaşlarına güzəşt

LANDAU Education Group-da çalışan dəyərli işçilərimizin övladlarına xüsusi bir təşəkkür olaraq, təhsil haqqı ödənişində 70%-dək endirim təqdim olunur.

image