image
image

Məktəbəqədər təhsil

Övladlarınızın təhlükəsiz, qayğıkeş mühitdə əylənərək öyrənəcəyi və gələcəkdə uğurla dolu məktəb həyatına hazırlaşacağı təhsil ocağı.

Tədris dili

Kurikulumun təsviri

Tədris proqramı oyun yönümlü və interaktiv metodlara əsaslanaraq, uşaqların zehni, sosial və emosional inkişafını dəstəkləyir. Riyaziyyat, dil bacarıqları, elm, incəsənət və fiziki inkişafı əhatə edən bu proqram şagirdləri məktəbə və gələcək akademik uğurlara hazırlayır.

Xüsusiyik, çünki...

image
Əyləncəli tədris 

Təhsil oyun və interaktiv metodlarla qurulub. Şagirdlər əylənərək öyrənir, yaradıcı tapşırıqlar və praktiki fəaliyyətlər vasitəsilə biliklərini genişləndirirlər.

image
Təhlükəsiz və etibarlı mühit 

Şagirdlərin təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Məktəbimizdə nəzarət kameraları, təlim keçmiş personal və xüsusi təhlükəsizlik qaydaları tətbiq edilir ki, şagirdlər daim güvənli mühitdə olsunlar.

image
Xüsusi inkişaf fənləri

Leqo, şahmat, təbiət və ətraf mühitə dair dərslər uşaqların hərtərəfli inkişafına töhfə verir.

image
Riyaziyyat və elm yönümlü təhsil

Tədris proqramı erkən yaşlardan riyazi və elmi bacarıqların inkişaf etdirilməsinə yönəlib. Məntiqi düşünmə, problemlərin həlli və araşdırma bacarıqları bu proqramın əsasını təşkil edir.

image
Prioritet namizəd olmaq şansı

LANDAU School-un qəbul prosesində vakant yerlər ilk olaraq LANDAU PreSchool-un məzunlarına təqdim olunur.

image
Fərdiləşdirilmiş hesabatlar

Hər bir şagirdin akademik və sosial inkişafı mütəmadi olaraq izlənilir və valideynlərə detallı hesabatlar təqdim edilir.

image

Növbəli tədris proqramı

image
Qısa gün (08:00 - 13:00)

Qısa gün sərbəst cədvələ ehtiyacı olan valideyn üçün nəzərdə tutulmuşdur. Bu proqram çərçivəsində əsas yer təməl fənlərə ayrılır, bununla yanaşı, şagirdlərin yaradıcılığını inkişaf etdirmək məqsədilə rəsm və rəqs kimi əlavə fənlər də tədris olunur.

image
Tam gün (08:00 - 16:00)

Tam gün proqramı daha dərin öyrənmə və çoxşaxəli inkişaf üçün hazırlanıb. Fəaliyyətlər arasında incəsənət, musiqi, fiziki məşqlər və komanda işi yer alır.

Övladınız artıq bu proqram çərçivəsində ev tapşırıqlarını dərs saatlarından sonra müəllimlərin nəzarəti ilə icra edə biləcək. Bununla yanaşı, LEGO və şahmat dərslərində yaradıcılıqlarını inkişaf etdirəcək, idman və rəqs məşğələlərində fiziki qabiliyyətlərini, danışıq klublarında isə ünsiyyət bacarıqlarını gücləndirəcəklər. Qeyd edək ki, tam gün proqramında şagirdlər gündəlik 3 dəfə qida ilə təmin olunacaqlar.

image

Korpuslar

campus

Bayıl

Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, 9
campus

Sea Breeze

Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Sea Breeze Resort"
campus

Xətai

Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25
campus

West Town

Cəfər Xandan küçəsi 230
image

Məktəb rəhbərindən

Bağça uşağın evdən kənar dünyaya atdığı ilk addımıdır və gələcək uğurların möhkəm təməlini yaratmaq üçün ideal bir mühitdir. Məqsədimiz şagirdlərin məktəbdə və kənarda uğur qazanmasına kömək edən sosial, emosional, fiziki, akademik və həyati bacarıqların fundamentini formalaşdırmaqdır. Şagirdlərin inkişafına müsbət təsir göstərən amillər arasında dil, savadlılıq, elm, erkən riyazi bacarıqlar və sosial-emosional nəticələrin təkmilləşməsi daxildir. Uşaqlar həmyaşıdları ilə uğurlu ünsiyyət və böyüklərlə müsbət münasibətlər qurmaq üçün vacib sosial bacarıqlar əldə edirlər.

“Oyunla öyrənmək” bizim əsas yanaşmamızdır və bu, ömürboyu öyrənmə üçün hərtərəfli zəmin yaratmaq və təlim prosesini cəlbedici, interaktiv və mənalı etmək üçün vacibdir.

Rühəngiz Əhmədova 
Məktəbəqədər təhsil səviyyəsinin tədrisi üzrə direktoru
principal_user_img
image
image

Birlikdə qazanılan təcrübələr

slideImg
slideImg
slideImg
slideImg
slideImg
slideImg
slideImg
slideImg

Təhsil haqqı

FAQ

Təhsil haqqı nə qədərdir?

Ünvan?

LANDAU PreSchool-u bitirdikdən sonra məktəbə qəbul üçün imtahan verməlidir?

Uzadılmış Gün Proqramı mövcuddur?

Əlavə məşğələlər var?

image