
Proqram oyun əsaslı tədris vasitəsilə yaradıcılığı, zehni inkişafı və sosial bacarıqları inkişaf etdirməyə yönəlmişdir.
Şagirdlərin təhlükəsizliyi bizim öncəliyimizdir. Bu səbəbdən, müəsissəmiz müasir təhlükəsizlik sistemləri və xüsusi təlim keçmiş personal tərəfindən qorunur.
Yaradıcılıq tədris proqramımızın mərkəzində dayanır. Şagirdlərdə incəsənət, musiqi və nağıl danışma kimi fəaliyyətlər vasitəsilə yenilikçi düşünmə bacarıqlarını inkişaf etdiririk.
Hər bir şagird bizim üçün özəldir. Şagirdin öyrənmə tərzi və inkişaf ehtiyaclarına nəzarət edərək, onlara fərdi qayğı və diqqət göstəririk.
Biz şagirdlərin sağlam böyüməsini dəstəkləmək üçün gündə 3 dəfə olmaqla balanslı və sağlam qidalanma təqdim edirik. Bu da onların enerji səviyyələrini yüksəldir və öyrənmə prosesində daha fəal olmalarına kömək edir.