Admission

After school activities

Extended Day
Dərsdənkənar vaxtın maraqlı və məhsuldar keçməsi məqsədilə LANDAU School-un ibtidai bölməsinin şagirdlərinə uzadılmış gün proqramı təklif edilir. Bu proqram çərçivəsində şagirdlərə bədən tərbiyəsi, musiqi və oxuma dərsləri təklif edilir, dərslər zamanı onlar qəlyanaltı ilə təmin edilir. Bundan əlavə, şagirdlər müəllimin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirirlər.   Uzadılmış gün proqramına qeydiyyatdan keçmək və ya onlar haqda daha ətraflı məlumat almaq üçün bu səhifənin aşağı hissəsindəki "Apply" (müraciət etmək) düyməsinə keçid etməklə müvafiq ərizə formasını doldurmağınız, yaxud tədris işləri üzrə koordinatora sorğu ilə müraciət etməyiniz xahiş olunur.  2024/2025 tədris ilindən etibarən LANDAU School bütün bölmələr (Azərbaycan, ingilis, rus bölmələri) üzrə 1-4 sinif şagirdlərinə dərs saatlarından sonra ÖDƏNİŞSİZ Uzadılmış Gün Proqramını təklif edir.  Proqramın valideynlər üçün müsbət tərəfləri:  Şagirdlər ev tapşırıqlarını artıq məktəbdə icra edəcəkləri üçün evdə dərs hazırlamaqlarına ehtiyac qalmayacaq;Şagirdlər evdə valideynləri ilə daha səmərəli və daha əyləncəli zaman keçirə biləcəklər;Şagirdlər iş saatlarının sonunadək məktəbdə təhlükəsiz şəraitdə qalacaqlar;Valideynlər övladlarını məktəbdən iş saatlarından sonra təhvil götürəcəklər;Valideynlər əlavə ödənişlərdən və övladının iş saatlarının sonunadək harada qalmaları düşüncəsindən azad olacaqlar.Qeyd etdiyimiz kimi, bu proqram tamamilə ödənişsizdir və cari təhsil haqqına daxil olan unikal metodiki xidmətd