2020/2021 tədris ilindən etibarən “LANDAU School”-da ingilis dili bölməsi ilə yanaşı, Azərbaycan və rus bölmələri də fəaliyyət göstərəcək. “LANDAU School British Curriculum”-da olduğu kimi, “LANDAU School Local Curriculum”-un da əsas prinsipi şagirdlərimizin əlavə hazırlıqlara ehtiyac duymadan ali məktəblərə qəbul olmasıdır.
     Akademik istiqamətlə yanaşı, biz şagirdlərimizin ümumi dünya görüşünü artırmağa çalışır, onlara ali təhsil ocaqlarının seçimində yardımçı oluruq. Daim uşaqların bilik səviyyələrini yoxlayır, həmçinin olimpiadalara hazırlıq təşkil edirik. Şagirdlərin olimpiadalarda uğur qazanmaları gələcəkdə onların ali məktəblərə qəbulunu asanlaşdırır.
“LANDAU School Local Curriculum”-un müəllim heyətinə gəldikdə isə, “LANDAU School British Curriculum”-da olduğu kimi, burada da da təcrübəli müəllimlərlə yanaşı, savadlı, gənc kadrlar birgə fəaliyyət göstərəcək. Belə ki, hədəfimiz müasir təhsil sistemindəki yeniliklərə əsaslanaraq gənc, enerjili mütəxəssislər yetişdirməkdir.
     Məktəbimizdə təhsil 11 illikdir. Hazırda “LANDAU School Local Curriculum”-a qəbul 5-8 siniflər üçün nəzərdə tutulub. “LANDAU School Local Curriculum” məzunları məktəbi bitirdikdə Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında Attestatını alırlar. Yuxarı siniflərdə fənnlərin tədrisi müxtəlif profillər üzrə gücləndirilmiş şəkildə aparılır. Ümumilikdə məktəbimizdə riyaziyyat, ingilis dili və “Science” (Təbiət) elmlərinin ( biologiya, kimya, fizika) tədrisinə daha çox yer verilir.
“LANDAU School Local Curriculum”-un əsas üstünlüklərindən biri burada hər şagirdin 4 dili mənimsəməsidir. Şagirdlər təhsil aldıqları dili ( Azərbaycan / rus), əlavə dil ( Rus / Azərbaycan), ingilis dili (gücləndirilmiş rejimdə) və seçimə görə alman / fransız dilini öyrənirlər.
“LANDAU School Local Curriculum”-da siniflər üzrə şagird sayı 20-dən yuxarı olmayacaq. Həmçinin, “LANDAU School British Curriculum”-da olduğu kimi, bir dərsin davametmə müddəti 40 dəqiqə olacaq. Sinifdən asılı olaraq, dərslər 08:30-dan təxminən 14:30-15:30-dək davam edəcək.
“LANDAU School Local Curriculum”-a qəbul olmaq üçün şagird riyaziyyat və ingilis dilindən yazılı imtahan verməli, təhsil aldığı dildə (Azərbaycan / rus) müsahibədən keçməlidir.

Close Menu